Adambaşına düşən ən yüksək dövlət borcu olan ölkələr

Jul 7, 2025 - 12:38
 0  17
Adambaşına düşən ən yüksək dövlət borcu olan ölkələr

2024-cü ildə adambaşına düşən ən yüksək dövlət borcu Sinqapur və ABŞ-də olub.

Xeber.ge xəbər verir ki, bu barədə BMT-nin statistik məlumatlarında deyilir.

Sinqapurda adambaşına düşən dövlət borcu bir il ərzində 10.5 min dollar artaraq 158 minə çatıb.

ABŞ-da bu rəqəm 5.8 min dollar artımla 103.7 min dollar təşkil edir.

Yaponiya da ilk üçlükdədir: orada adambaşına düşən suveren borc 4.3 min dollar azalsa da, orta hesabla hər bir yaponun dövlətə 76.9 min dollar borcu var.

Ötən il 134 ölkə adambaşına düşən borcunu artırıb, yalnız 48 ölkə onu azaldıb. Yer kürəsinin hər bir sakinini götürsək, dövlətə borc ortalama 11.4 min dollar təşkil edib.

mənbə: oxu.az