Abxaziyalı deputat İvanişvilinin Abxaziyaya investisiya yatıra biləcəyini istisna etmir

Nov 15, 2024 - 15:19
 0  22
Abxaziyalı deputat İvanişvilinin Abxaziyaya investisiya yatıra biləcəyini istisna etmir

Qondarma Abxaziya Respublikası Xalq Assambleyasının deputatı Axra Paçulia təklif edib ki, “gürcü oliqarxları investisiya fəaliyyəti ilə bağlı müqavilə alsalar, Abxaziyada mənzillər tikə və biznes qura biləcəklər”.

Bidzina İvanişvilinin “Rusiya vətəndaşı” kimi qondarma respublikanın ərazisində investisiya fəaliyyətinə başlaya biləcəyi ilə bağlı suala abxaz deputat “əslində belə bir imkanın olduğunu” deyib.

Rusiya və qondarma Abxaziya respublikası hökumətləri rus şirkətlərinə 

Abxaziyada investisiya layihələri həyata keçirməyə imkan verən saziş imzalayıblar.

Abxaz ictimai-siyasi təşkilatlarının rəhbərləri sözügedən sazişə qarşı çıxırlar.

mənbə: marneulifm