ABŞ Zelenskidən cavab gözləyir - Son tarix açıqlandı
ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Vaşinqtonun hazırladığı yeni planı ən gec noyabrın 27-də ABŞ-də qeyd olunan “Şükran günü”nə qədər imzalamasını gözləyir.
Xeber.ge xəbər verir ki,
Nəşrin yazdığına görə, amerikalı rəsmilər Zelenskinin sənədi təsdiqləməsindən sonra sözügedən planı Rusiyaya təqdim etməyi planlaşdırırlar.
Məqalədə qeyd olunur ki, Vaşinqton bu prosesi noyabrın sonunadək başa çatdırmaq, dekabrda isə münaqişənin nizamlanmasına dair bütün mərhələləri yekunlaşdırmaq niyyətindədir.
mənbə: qafqazinfo.az