ABŞ rəsmiləri Zelenskini hədələdilər: “O, Ukraynanı dərhal tərk etsin!”

Feb 21, 2025 - 14:46
 0  78
ABŞ rəsmiləri Zelenskini hədələdilər: “O, Ukraynanı dərhal tərk etsin!”

Xeber.ge xəbər verir ki, “Nyu-Yirk Post” qəzeti özəl mənbəyə istinadən yazıb ki, prezident Trampın yaxın ətrafının fikrincə,  Vladimir Zelenski Ukraynanı dərhal tərk etməlidir.

Donald Tramp daha əvvəl demişdi ki, ABŞ Ukraynaya Avropadan 200 milyard dollar çox yardım ayırıb, lakin bu vəsaitlərin qaytarılması mexanizmi işlənib hazırlanmayıb. Bu baxımdan Vaşinqton Kiyevdən yatırılan pul ekvivalentində nadir torpaq metalları almaq istərdi.

Bu arada Vladimir Zelenski etiraf edib ki, Amerika hökumətinin Ukraynaya ayırdığı 200 milyard dolların hara yoxa çıxdığını bilmir. Onun sözlərinə görə, Kiyev yalnız 76 milyard dollar alıb.

ABŞ-ın vitse-prezidenti J.D.Vens isə deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Amerikaya səxavətinə görə təşəkkür etməlidir.

“ABŞ olmasaydı, nə Zelenski, nə də Ukrayna mövcud olardı”, - Vens əlavə edib.

ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, mediada Trampın ictimai tənqidi hazırkı Vaşinqton administrasiyası ilə ünsiyyət üçün çirkin bir üsuldur.

O, Trampın mövqeyinin Zelenskinin iddia etdiyi kimi Rusiyanın dezinformasiyasına əsaslanmadığını vurğulayıb.

"Tramp məncə, geosiyasəti çox yaxşı başa düşür və uzun müddətdir çox güclü mövqelərə malikdir", - Vens deyib.

Onun sözlərinə görə, Zelenski Tramp və öz xalqı ilə münasibətdə “pis məsləhətlər” alıb və son üç il ərzində onun beyni yuyulub, hər hansı bir işin doğru olacağına inanıb.

mənbə: modern.az