ABŞ-nin dövlət borcu 38 trilyon dolları ötüb
Xeber.ge xəbər verir ki,
Son məlumatlara əsasən, Birləşmiş Ştatların dövlət borcu 38 trilyon dolları ötüb.
ABŞ Xəzinəsinin son hesabatında dövlət borcunun $38,019,813 təşkil etdiyi qeyd olunur.
Bu göstəriciyə əsasən, Amerikada adambaşına 111,000 dollar borc düşür.
Bundan əvvəl avqustda təqdim olunan hesabatda dövlət borcunun 37 trilyon dolları keçdiyi bildirilirdi. Halbuki 2024-cü ilin noyabrında borcun həcmi 36 trilyon dollar, həmin ilin iyulunda isə 35 trilyon dollar təşkil etmişdi.
mənbə: trend.az