ABŞ İrana 15 maddəlik sülh plan təqdim etdi

Mar 25, 2026 - 11:32
 0  7
ABŞ İrana 15 maddəlik sülh plan təqdim etdi


ABŞ administrasiyası Yaxın Şərqdə davam edən münaqişəsinin həlli üçün 15 maddəlik plan təqdim edib.

Xeber.ge xəbər verir ki, bu barədə "Nyu York Tayms" ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanan 15 maddəlik plan İrana təqdim olunub. Sənədin ötürülməsində vasitəçi kimi Pakistan çıxış edib.

Təklifdə İranın raket və nüvə proqramları, həmçinin Hörmuz boğazı vasitəsilə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması kimi əsas məsələlər yer alır.

mənbə: axar.az