ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyirik
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyir.
Bunu ölkənin baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp, həmçinin dövlət katibi Marko Rubio ilə qısa söhbətləri olub və bu görüşlərdə strateji tərəfdaşlığın bərpasının Gürcüstan üçün vacib olduğu vurğulanıb. Kobaxidze Tramp və Rubio ilə söhbətlərin müsbət keçdiyini bildirib.
İ. Kobaxidzenin sözlərinə görə, Gürcüstan artıq bu istiqamətdə addım atıb və ABŞ-nin cavab tədbirlərini gözləyir.
"İstəyimiz strateji tərəfdaşlığı bərpa etməkdir. Bizim tərəfimizdən addım atılıb, qarşılıqlı addımlar gözləyirik", – Gürcüstanın Baş naziri bildirib.
mənbə: report