ABŞ dolları son üç ilin minimum səviyyəsinə enib

Apr 21, 2025 - 16:35
 0  66
ABŞ dolları son üç ilin minimum səviyyəsinə enib

Dolların indeksi (ABŞ-nin valyutasının digər əsas dünya valyutalarına qarşı gücünü əks etdirən göstərici) 2022-ci ilin martından bəri ilk dəfə 98 bənddən aşağı düşüb.

Xeber.ge xəbər verir ki, bu barədə CNBC məlumat verib.

Dəyişikliyə əsasən, indeks 97.92 bəndədək azalıb. Göstərici ABŞ-nin ticarət tərəfdaşlarının altı valyutası - avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı əsasında hesablanır.

Donald Trampın prezident seçkisində qələbəsi bu göstəricinin sürətli artımına təkan verib. Dolların indeksi maksimal olaraq 110.18 bənd pik həddinə çatıb. Amma Trampın inaqurasiya mərasimindən və vəzifədə atdığı ilk addımlarından sonra indeks azalmağa başlayıb. ABŞ-nin demək olar ki, bütün dünyaya ticarət müharibəsi elan etməsi ilə bu proses daha da sürətlənib.

mənbə: oxu.az