BƏƏ ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacaq

May 16, 2025 - 10:55
 0  12
BƏƏ ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) on il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacaq.

Xeber.ge xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Yaxın Şərq turu çərçivəsində BƏƏ-yə gedən ABŞ prezidenti Tramp Əbu-Dabidəki “əl-Vatan” sarayında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Tramp Əl Nəhyanla təkbətək görüşündən sonra verdiyi açıqlamada növbəti on il ərzində ABŞ-a 1,4 trilyon dollarlıq sərmayə qoyduğuna görə BƏƏ-yə təşəkkür edib.

mənbə: apa