Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endirib

May 16, 2025 - 10:50
 0  16
Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endirib

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endirib.

Xeber.ge xəbər verir ki, hərəkata bağlı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

"Raket qüvvələrimiz işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv) yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketi ilə hücum edib. Raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb", - o deyib.

Qeyd edək ki, İsrail ordusu Yəməndən növbəti raket buraxılışını qeydə aldığını açıqlamışdı.

mənbə: apa.az