İsrail hücumunda SEPAH komandanı şəhid olub

Xeber.ge xəbər verir ki, bu gecə və səhər saatlarında İsrailin Tehrana və bəzi bölgələrə həyata keçirdiyi hava hücumunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Baş Komandanı həyatını itirib.
Mehr agentliyinin manşet xəbərində deyilir: “Bu səhər erkən saatlarda Sionist rejimin Tehrana və bəzi bölgələrə həyata keçirdiyi hava hücumunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Baş Komandanı, general-polkovnik Hüseyn Səlami şəhid olub.”
mənbə: azshafaqna.com