Cənubi Afrikada yağan qar 60-a yaxın insanın həyatına son qoydu- VİDEO
Cənubi Afrikada son üç gündə davam edən qar, leysan yağışları və daşqınlarla müşayiət olunan qeyri-sabit hava şəraiti nəticəsində azı 57 nəfər həyatını itirib.
Xeber.ge xəbər verir ki,
Bildirilir ki, ölənlərin əksəriyyəti Şərqi Keyp vilayətindən olublar.
"İtkin düşənlər də var. Axtarış-xilasetmə işləri davam etdiyi üçün qurbanların sayının artacağı istisna edilmir", - deyə qurumdan vurğulanıb
Məlumata görə, Şərqi Keyp və Kvazulu-Natal vilayətlərində minlərlə ailə evsiz qalıb, 150-dən çox məktəbin binası zərər görüb və dərslər dayandırılıb.
Qeyd edək ki, Cənubi Afrikada soyuq hava şəraiti bazar ertəsindən başlayıb. Bir sıra bölgələrdə gecə temperatur mənfi dərəcələrə enib. Sinoptiklərin xəbərdarlığına görə, Cənubi Afrikada bu ilin qışı son onillikdə müşahidə olunan ən sərt qışlardan biri ola bilər.
mənbə: oxu.az