Təyyarə havaya qalxmadan ALIŞIB YANDI: 109 nəfər... - VİDEO

Feb 3, 2025 - 10:46
 0  53

Amerikanın Hyuston şəhərində "United Airlines"a məxsus təyyarə havaya qalxmazdan əvvəl yanıb.

Xeber.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, təyyarədə olan 104 sərnişin və 5 ekipaj üzvü təxliyə edilib.

“Panduslar və pilləkənlərdən istifadə edərək uçuş-enmə zolağına evakuasiya edilib və gündüz uçuşu üçün yenidən bron edilib”, - nəşr yazır.

"Fox26" qeyd edib ki, sərnişinin çəkdiyi videoda təyyarənin qanadından tüstü və alov yüksəldiyi görünür.

mənbə: publika.az