Gürcüstanda işləyən Azərbaycan vətəndaşı hoteldə qəfil vəfat edib

Feb 3, 2025 - 10:56
 0  108
Gürcüstanda işləyən Azərbaycan vətəndaşı hoteldə qəfil vəfat edib
: :
playing

Gürcüstanın Bolnisi şəhərində yerləşən "Bolnisi" hotelində Azərbaycan vətəndaşı vəfat edib.

Regionpress.ge-nin məlumatına görə, onun səhhəti gecə saatlarında pisləşib.

Səhər saatlarında hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlər bütün zəruri müdaxilələri etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, vəfat edən şəxs Gürcüstanda sənədsiz işləyirmiş. Ölümün dəqiq səbəbləri hələ müəyyən edilməsə də, bədənində zorakılıq izləri aşkar olunmayıb.

Bildirilib ki, mərhumun azyaşlı övladı var.

mənbə: baku