ABŞ-də İslam Mərkəzinə silahlı hücum - 5 ölü - Video
ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzinə silahlı hücum edilib.
Xeber.ge xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.
San-Dieqo Məscidinin imamının verdiyi məlumata görə, hücum zamanı üç nəfər ölüb. ABŞ Federal Təhqiqat Bürosu (FTB) isə 17 və 19 yaşlı iki hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
Hadisədən sonra yaralılar San-Dieqodakı Şarp Memorial Xəstəxanasına çatdırılıb.
“Təcili yardım prosedurlarımız aktivləşdirilib və hadisəyə operativ reaksiya vermək üçün San-Dieqo hakimiyyəti və digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə işləyirik”, - xəstəxananın sözçüsü Alisiya Kuk bildirib.
mənbə: qafqazinfo.az