1 yanvardan uzun məsafələr üzrə sərnişinlərin mikroavtobuslarla daşınması qadağan ediləcək

Dec 31, 2025 - 11:37
 0  22
1 yanvardan uzun məsafələr üzrə sərnişinlərin mikroavtobuslarla daşınması qadağan ediləcək

2026-cı ilin 1 yanvarından etibarən uzun məsafələr üzrə sərnişinlərin mikroavtobuslarla daşınması mümkün olmayacaq.


Bu barədə “Avtovağzal və avtodayanacaqların fəaliyyət qaydaları və şərtləri” haqqında texniki reqlamentdə qeyd olunur.

Reqlamentə əsasən, şəhərlər (Tbilisi, Kutaisi, Batumi, Zuqdidi, Telavi) arasında, eləcə də bir-birindən 150 kilometrdən çox məsafədə yerləşən Gürcüstanın müvafiq yaşayış məntəqələri (şəhər, kənd, qəsəbə) arasında ölkədaxili müntəzəm sərnişin daşımaları yalnız aşağıdakı tələblərə cavab verən nəqliyyat vasitələri ilə həyata keçirilə bilər:

• M3 kateqoriyalı,
• III sinif,
• sürücü yerindən başqa ən azı 35 oturacaq yeri olan,
• minimum “EURO IV” təhlükəsizlik standartına uyğun olan avtobuslar və ya
• istehsal tarixindən 20 ildən çox vaxt keçməyən avtobuslar.

Xatırladaq ki, şəhərlərarası sərnişin daşımaları ilə bağlı bir neçə yeni reqlament 2024-cü il ərzində təsdiqlənmiş və onların mərhələli şəkildə 2025-ci ildən qüvvəyə minməsi planlaşdırılmışdı. Bu dəyişikliklərdən birinə əsasən, 2025-ci ilin 1 iyunundan etibarən uzun məsafələr üzrə mikroavtobuslarla şəhərlərarası daşımalar qadağan edilməli idi. Lakin 2025-ci il 30 may tarixli qərarla bu məhdudiyyətin tətbiqi 2026-cı ilin 1 yanvarınadək təxirə salındı.

Həmin vaxt Quru Nəqliyyat Agentliyində bildirirdilər ki, uzun məsafəli sərnişin daşımaları islahatının təxirə salınması daşıyıcılara avtoparklarını yeniləmək üçün əlavə vaxt verilməsi ilə əlaqədardır.

“BusinessPressNews” məsələ ilə bağlı islahatın yenidən təxirə salınıb-salınmayacağını dəqiqləşdirmək üçün Quru Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən bildirilib ki, hazırda bu mövzu ilə bağlı əlavə məlumat yoxdur.

mənbə: marneulifm