Marneulidə bıçaq hədəsi ilə soyğunçuluq-polis 1 nəfəri saxladı
Daxili İşlər Nazirliyinin əməkdaşları quldurluq ittihamı ilə 2006-cı il təvəllüdlü Z.D.-ni saxlayıblar.
Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yaşayan 1962-ci il təvəllüdlü A.P.-ni bıçaqla hədələyərək qarət edib, qiymətli əşyaları və 14 000 lari məbləğində pulu ələ keçirib və hadisə yerindən qaçıb.