Ən soyuq və ən isti nöqtələr açıqlandı

Feb 16, 2026 - 11:24
Feb 16, 2026 - 13:00
 0  6
Ən soyuq və ən isti nöqtələr açıqlandı

Rusiyanın "Vostok" stansiyasında ötən sutka ərzində planet üzrə ən aşağı hava temperaturu qeydə alınıb.

Xeber.ge xəbər verir ki, bu barədə TASS-a Rusiya Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, son 24 saat ərzində ən aşağı temperatur - mənfi 55,8 dərəcə Antarktidada yerləşən "Vostok" stansiyasında qeydə alınıb.

Sutka ərzində dünyanın ən soyuq üç məntəqəsindən digər ikisi də Rusiyaya məxsus olub. Çukotkanın İlirney kəndində termometrlər mənfi 52 dərəcəni göstərib. Yakutiyanın Oymyakon kəndində yerləşən meteoroloji stansiyada isə hava temperaturu mənfi 48,9 dərəcə təşkil edib.

Ötən sutkada planetin ən isti nöqtəsinə gəlincə, birincilik Qahirə hava limanına məxsus olub. Burada hava temperaturu müsbət 42 dərəcəyə qədər yüksəlib.

Eyni temperatur göstəricisi ilə Mozambikin Beyra şəhəri dünyanın ən isti ikinci yeri olub. İlk üçlüyü isə Nigerin paytaxtı Niameydə yerləşən hava limanı tamamlayıb. Burada hava temperaturu müsbət 40,7 dərəcəyə çatıb.

mənbə: oxu.az