İranın xarici işlər naziri ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə gedib

Feb 16, 2026 - 11:09
 0  5
İranın xarici işlər naziri ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə gedib

İranın xarici işlər naziri Abbas Əraqçi təyyarə ilə Tehran və Vaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı Omanın vasitəçiliyi ilə aparılan danışıqların fevralın 17-də keçiriləcəyi İsveçrəyə gedib.

Xeber.ge xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat verib.

"Bu səfər zamanı xarici işlər naziri həmçinin İsveçrənin, Omanın xarici işlər nazirləri, AEBA-nIn baş direktoru və İsveçrədə yerləşən beynəlxalq təşkilatların digər rəsmiləri ilə görüşəcək və danışıqlar aparacaq", - məlumatda qeyd olunur.

mənbə: report.az