Zviad Xarazişvili (Xareba) artıq Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri deyil

Zviad Xarazişvili (Xareba) artıq Gürcüstanın Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru vəzifəsini icra etmir.
Onun yerinə bu vəzifəyə Roman Kartsivadze təyin olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qela Qeladzenin yeni müavini təyin edilib – Mariam Tabatadze. O, İqtisadiyyat və Logistika Departamentlərinə, həmçinin, İctimai Hüquqi Şəxs – Səhiyyə Xidməti Departamentinə rəhbərlik edəcək.
Mariam Tabatadze biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsinə malikdir. 2018-ci ildən etibarən Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində İqtisadiyyat Departamentinin rəhbəri vəzifəsində çalışıb. 2013–2018-ci illərdə həmin nazirliyin Büdcə İdarəsinin rəhbəri olub. 2005–2013-cü illərdə isə Gürcüstanın Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
mənbə: marneulifm