Zuqdidi şəhərində fəhlə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib

Dec 15, 2025 - 14:14
 0  27
Zuqdidi şəhərində fəhlə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib

Xeber.ge xəbər verir ki, Zuqdidi şəhərində, Tbilisi küçəsində fəhlə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

“Pirvelebi”nin məlumatına görə, elektrik xətlərinin çəkilişi işlərini 30 yaşadək Türkiyə vətəndaşı həyata keçirirmiş.

Hadisə yerinə təcili tibbi yardım və patrul polisinin briqadaları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb. Hadisə dünən gecə baş verib.