Çaxalyanın Ermənistanda həbsindən sonra Saakaşvili təkrar edir: “O, QRU-nun agenti idi”

Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistanın "Cavaxk" və "Erməni Dəyərlərinin Müdafiəsi Cəmiyyəti"nin rəhbəri, Vahaqn Çaxalyanın Ermənistanda saxlanmasına reaksiya verib.
Saakaşvili Facebook-da yazıb:
“Çaxalyan nə Gürcüstanda, nə də Ermənistanda erməni işinə xidmət etmirdi. O, Axalkalakidə Rusiya hərbi bazası əsasında QRU tərəfindən ələ alınmış agent idi.
Gürcü Arzusu da onu həbsdən buraxmaqla rus işi gördü.”
Saakaşvili bu iddianı hələ 2013-cü ildə, Çaxalyan amnistiya ilə azadlığa buraxıldıqdan sonar da səsləndirmişdi.
Çaxalyanın Ermənistanda həbsi
- Vahaqn Çaxalyan, 2020-ci il Qarabağ müharibəsindən sonra baş nazir Nikol Paşinyanın əleyhdarı olaraq çıxış edir.
- O, 2025-ci il 4 iyulda saxlanılıb – Ermənistan müxalifət hərəkatı “Müqəddəs Mübarizə” liderləri və üzvlərinə qarşı başlanmış cinayət işi çərçivəsində.
- İttiham: terror aktının hazırlanması və hakimiyyətin zəbtinə cəhd.
- Bu iş üzrə daha əvvəl baş yepiskoplar Baqrat (Qalstanyan) və Mikael Acafaxyan da saxlanılmışdı.
Çaxalyan Gürcüstanda
- Gürcüstanda Vahaqn Çaxalyan "Cavaxk" təşkilatının rəhbəri kimi tanınırdı.
- Onun adı tez-tez əsasən ermənilərin yaşadığı Samtsxe-Cavaxetinin muxtariyyət tərəfdarı kimi çəkilirdi.
- 2009-cu ilin aprelində Gürcüstan məhkəməsi onu 10 il azadlıqdan məhrum etdi.
- O, qanunsuz kütləvi aksiyaların təşkili, polisə müqavimət və digər ittihamlarla təqsirli bilinmişdi (5 maddə ilə).
- 2013-cü ildə əfv/amnistiya əsasında azadlığa çıxdı.
- Gürcüstanın sabiq baş naziri Vano Merabişvili onu “Gürcü dövlətçiliyinin düşməni” adlandırmışdı.
Saakaşvili dəfələrlə Çaxalyanı tənqid edib, onu “Rusiya xüsusi xidmət orqanlarının birbaşa rezidenti” adlandırırdı, - “O, Gürcüstan Pravoslav Kilsəsinin yeparxiyasını, Gürcü universitetini və polis bölməsini Axalkalakidə dağıdıb, Gürcü ordusunun bölgəyə hərəkətinə və Rusiyanın hərbi bazasının çıxarılmasına qarşı çıxıb.”
2013-cü ilin oktyabrında, Saakaşvili və Çaxalyan arasında Axalkalakidə açıq sözlü qarşıdurma yaşanmışdı. Çaxalyan o zaman belə demişdi: “Mişa, get Türkiyəyə!”
- Çaxalyan “separatçılıq” ittihamını rədd edir və özünü siyasi məhbus hesab edirdi.
2013-cü ildə “9-cu kanal”a müsahibəsində o deyirdi:
“Əgər mən Rusiya agenti idimsə, niyə başqa maddə ilə məni mühakimə etdilər?”
mənbə: marneulifm