Yaxın günlərdə Gürcüstanda hansı hava şəraiti gözlənilir?
Xeber.ge xəbər verir ki,
Sinoptiklərin proqnozuna əsasən, 18 dekabrda ölkə üzrə, o cümlədən Tbilisidə əsasən yağıntısız hava şəraiti olacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti):
16 dekabrda yağış gözlənilir, 17–18 dekabrda isə yağıntısız hava olacaq. Gündüz hava temperaturu +8…+10 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti):
16 dekabrda yağış gözlənilir, 17–18 dekabrda yağıntısız hava olacaq. Gündüz temperaturu +9…+11 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağətəyi rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı):
16 dekabrda yağıntı gözlənilir, 17–18 dekabrda isə yağıntısız hava olacaq. Gündüz temperaturu +6…+8 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro):
16 dekabrda qar yağacağı gözlənilir, 17–18 dekabrda isə yağıntısız hava olacaq. Gündüz temperaturu +1…+3 dərəcə olacaq.
Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali):
Əsasən yağıntısız hava gözlənilir. Gündüz temperaturu +6…+8 dərəcə olacaq.
Kaxeti bölgəsində (Sağareco, Telavi, Qurdjaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro):
Əsasən yağıntısız hava gözlənilir. Gündüz temperaturu +7…+9 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağətəyi rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri):
16–17 dekabrda bəzi yerlərdə zəif qar yağması mümkündür, 18 dekabrda isə əsasən yağıntısız hava olacaq. Gündüz temperaturu 0…+2 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo):
16–17 dekabrda bəzi yerlərdə zəif qar yağması mümkündür, 18 dekabrda isə əsasən yağıntısız hava olacaq. Gündüz temperaturu −2…−4 dərəcə olacaq.