Zelenski Ukraynanı məhv edib - Tramp

Oct 16, 2026 - 13:05
 0  16
Zelenski Ukraynanı məhv edib - Tramp

Zelenski bizimlə razılaşmaq üçün münasib adam deyil.

 XEBER.GE xeber  verir ki,  bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Onlar Zelenski ilə barışmayacaqlar. O, barışmaq istəmir. Deyir ki, barışmaq istəyir, amma istəmir.

Zelenskinin böyük fanatı deyiləm. Onlar Ukraynanı məhv ediblər. Mən bu yaxınlarda Ukraynadan olan gənc bir qadının müsahibəsini izlədim. O dedi ki, Prezident Zelenski ölkəmizi məhv etdi. Prezident Zelenski kişilərimizi bizdən aldı. Kişilərimizin nə ayaqları, nə də qolları var. Kişilərimiz, bir çox hallarda, ya ruhi xəstəxanalardadır, ya da ölüblər.

Rusiya nəhəng bir ölkədir. Rusiya bir milyon əsgər itirə bilər, amma onun milyonlarla əsgəri var. Ukraynada bu cür işçi qüvvəsi yoxdur”, - o bildirib.