Yunanıstanda oğurluq edən Gürcüstan vətəndaşı saxlanıldı

Yunanıstanın Melissia şəhərində 39 yaşlı Gürcüstan vətəndaşı olan qadın oğurluq ittihamı ilə saxlanılıb.
Bu barədə yerli media məlumat yayıb.
Medianın məlumatına görə, o, işlədiyi evdən 8 000 avro dəyərində qızıl-zinət əşyaları və gümüş qablar oğurlamaqda günahlandırılır.
İstintaq müəyyən edib ki, qadın 2020-ci ildə də oxşar cinayətlərlə əlaqədar həbs edilib. Afina Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, oğurluq edən bir qrupun üzvü olub və işlədiyi evlərdən pul və zinət əşyaları oğurlayıb.
Məlumata görə, o, müəyyən şərtlərlə həbsdən azad edildikdən sonra ölkəni tərk edib. Lakin 2025-ci il yanvarın 24-də adını və soyadını dəyişdirərək Macarıstan vasitəsilə yenidən Yunanıstana daxil olub.
Polis oğurluqda qadının həyat yoldaşının da iştirak etdiyini müəyyən edərək onu da həbs edib.
İstintaq zamanı cütlüyün üzərində bahalı saatlar, o cümlədən “ROLEX” və “BVLGARI” markalı aksesuarlar aşkarlanıb və müsadirə olunub.
mənbə: Interpress