Yaxın günlərdə gözlənilən hava proqnozu açıqlandı

Yaxın günlərdə Gürcüstanda sərin və arabir yağışlı hava şəraiti davam edəcək. Sinoptiklərin proqnozlarına görə, Tbilisidə qısamüddətli yağış yağacaq, tufan qopacaq.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, havanın temperaturu gün ərzində +12, +14 dərəcə təşkil edəcək.
"Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): Aprelin 12-də hava sərin, yağıntılı olacaq. Havanın temperaturu +9, +11 dərəcə təşkil edəcək. Aprelin 13-14-də isə nisbətən quru, +14, +16 dərəcəyədək isti olacaq".
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) aprelin 12-də hava sərin, yağıntılı olacaq. Havanın temperaturu +8, +10 dərəcə təşkil edəcək. Aprelin 13-14-də hava nisbətən quru olacaq, +16-+18 dərəcə isti olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Aprelin 12-də havanın temperaturu gündüz 7, 9 dərəcə isti, aprelin 13-14-də isə 14, 16 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Aprelin 12-də bəzi yerlərdə qar yağacaq.Havanın temperaturu gün ərzində 0,5 dərəcə isti təşkil edəcək. Aprelin 13-14-də buludlu olacaq, havanın temperaturu +7, +12 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +14 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +7, +12 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qar yağıb. Gün ərzində havanın temperaturu 0,5 dərəcə isti təşkil edəcək”, - Ekologiya üzrə Milli Agentliyin açıqlamasında bildirilir.
mənbə: Interpress