Yağış, çovğun və dənizdə fırtına – Milli Agentlik əhaliyə xəbərdarlıq edir

Dec 11, 2025 - 13:12
 0  39
Yağış, çovğun və dənizdə fırtına – Milli Agentlik əhaliyə xəbərdarlıq edir

Ətraf Mühitin Milli Agentliyi əhaliyə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edir.

Xeber.ge xəbər verir ki, məlumata görə, 12 dekabrın günün ikinci yarısından 14 dekabrın səhərinədək Gürcüstanda əsasən ölkənin qərb hissəsində yağış, bəzi yerlərdə güclü yağış, dağlıq ərazilərdə qar, bəzi bölgələrdə isə güclü qar, duman, çovğun və yollarda buzlaşma gözlənilir.

13–14 dekabrda ölkə ərazisinin böyük hissəsində güclü qərb küləyi əsəcək, dənizdə 4–5 bal gücündə fırtına mümkündür.

Gözlənilən güclü qar, görünüşün pisləşməsi, çovğun və buzlaşma səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər (təhlükə səviyyəsi – orta).