Kobaxidze Türkmənistana gedib

Dec 11, 2025 - 13:43
 0  24
Kobaxidze Türkmənistana gedib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistana yola düşüb.

O, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümünə həsr olunan beynəlxalq forumda iştirak edəcək.

Kobaxidze tədbir çərçivəsində “Sülh və etimad: dayanıqlı gələcək üçün kompleks məqsədlər” mövzusunda keçiriləcək plenar sessiyada çıxış edəcək.

Baş nazirin səfər çərçivəsində ikitərəfli görüşləri də planlaşdırılıb.

Hökumət başçısını səfərdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyanın rəhbəri Levan Jorjoliani müşayiət edir.

mənbə: apa