Xaşuri yaxınlığında avtomobanda traler qəzaya düşdü
Xaşuri yaxınlığında avtomobanda baş verən qəzada iki nəfər xəsarət alıb.
XEBER.GE xeber verir ki, bu barədə “Kartli Ambebi” məlumat yayıb.
İlkin məlumata görə, traler dayanmağa hazırlaşarkən ehtiyat zolaqda dayanmış yük avtomobilinə çırpılıb. Toqquşmadan sonra tralerdə yanğın başlayıb.
Hadisə yerinə yanğın-xilasetmə xidməti cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə hərəkət qaydalarının pozulması nəticəsində sağlamlığa az ağır xəsarət yetirilməsini nəzərdə tutur.