Wizz Air Abu Dhabi fəaliyyətini dayandırır – Kutaisidən reyslər də dayandırılır

Aviaşirkət Wizz Air rəsmi olaraq elan edib ki, 1 sentyabrdan etibarən Wizz Air Abu Dhabi fəaliyyətini dayandırır.
Bu səbəbdən, Abu Dabi istiqamətində və Abu Dabidən uçuşlar artıq həyata keçirilməyəcək.
Bu xəbər Kutaisi Beynəlxalq Hava Limanına da aiddir – çünki oradan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabiyə uçuşlar 6 il ərzində həyata keçirilirdi.
Şirkət BƏƏ-dəki 6 illik fəaliyyətini başa vurur və qərarın səbəbi kimi aşağıdakı amilləri göstərir:
- Geosiyasi qeyri-sabitlik, hava məkanının bağlanmasına səbəb olub;
- Çox yüksək temperatur, bu isə mühərriklərin səmərəliliyinə birbaşa təsir göstərib;
- Tənzimləyici maneələr, marşrutlara icazə almaqda çətinliklər yaradıb;
Əməliyyat məhdudiyyətləri, bu da aşağıbüdcəli iş modelini çətinləşdirib.
Şirkətin baş direktoru Yozsef Varadi bu qərarı “çətin, lakin zəruri” adlandırıb.
Məlumat üçün bildirilib ki, 1 sentyabrdan sonrakı tarixlərə bilet almış sərnişinlərə şirkət tərəfindən xüsusi bildiriş məktubları göndəriləcək. Bu məktublarda sərnişinlərə iki seçim təqdim olunacaq: Bilet üçün ödənilən məbləğin geri qaytarılması və biletin alternativ uçuşla dəyişdirilməsi.
mənbə: marneulifm