Vika Bukia deputata “qul” deməsinə görə məhkəməyə çağırılıb

Jun 11, 2025 - 23:34
 0  18
Vika Bukia deputata “qul” deməsinə görə məhkəməyə çağırılıb

Aparıcı Vika Bukia bildirib ki, deputat Mariam Laşxarını “qul” adlandırdığına görə məhkəməyə çağırılıb.

Jurnalist sosial şəbəkədə qeyd edib ki, məhkəmə iclası 12 iyun tarixində, saat 15:00-da keçiriləcək.

“Amma axı bu Mariam Laşxarını bu qədər adam niyə 'qul' adlandırdı? Nə baş verir? Nə qəribə təsadüfdür”, – deyə Bukia yazıb və əlavə edib ki, işi hakim Davit Tetraulidze araşdıracaq.

Aparıcı Nanuka Jorjoliani isə bildirib ki, məhkəməyə çağırılanlar arasında onun oğlu, fəal Mariam Geguçadze, aparıcı Vika Bukia, fəal Ana Subeliani, aparıcı Eka Mişveladze, müxalif siyasətçilər Elene Xoştaria və Aleko Elişvili, “Səfari” təşkilatının təsisçisi Baia Pataraia, Gürcüstan Milli Bankının sabiq prezidenti Giorgi Kadagidze və jurnalist Dea Mamiseişvili də var.

mənbə: interpress