Vakedə qətl – DİN hansı məlumatları açıqlayır

Jan 2, 2026 - 13:11
 0  60
Vakedə qətl – DİN hansı məlumatları açıqlayır

Vakedə baş verən qətllə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Qurumun məlumatına görə, qəsdən adam öldürmə, həmçinin odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamları ilə 1968-ci il təvəllüdlü M.B. saxlanılıb.

Xeber.ge xeber  verir ki, istintaqla müəyyən edilib ki, Zaurab Avalişvili küçəsi ətrafında, əvvəllər mövcud olmuş münaqişə zəminində təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq 1975-ci il təvəllüdlü M.B.-yə ölümcül xəsarət yetirib və hadisə yerindən qaçıb.

DİN-in məlumatına görə, saxlanılan şəxsin üzərində aparılan şəxsi axtarış zamanı tərkibində metadon olan 25 həb aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci, 236-cı və 260-cı maddələri ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.