Vakedə, Çavçavadze prospektində avtomobil və avtobus toqquşub

Sep 15, 2026 - 20:40
 0  8
Vakedə, Çavçavadze prospektində avtomobil və avtobus toqquşub

Vakedə, Çavçavadze prospektində avtomobil və avtobus bir-biri ilə toqquşub.

XEBER.GE xeber  verir ki, məlumatı "Tabula" nəşrinə Daxili İşlər Nazirliyində təsdiqləyiblər.

"Tabula"ya danışan şahidin sözlərinə görə, avtomobil "BUS LANE" zolağında geri dönməyə cəhd edib və avtobusla toqquşub.

DİN-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb və faktla bağlı inzibati icraat başlanıb.