Təcili: AZAL-ın təyyarəsi qəzaya uğradı- VİDEO

Dec 25, 2024 - 11:33
 0  225

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Xeber.ge verir ki, bu barədə AZAL məlumat yayıb.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Qazaxıstan mediasının məlumatına görə, hazırda zərərçəkənlər dəqiqləşdirilir; ilkin məlumatlara görə, sağ qalanlar var.

mənbə: axar.az