Türkiyənin məşhur aktyoru əslən Marneulidən olduğunu açıqladı - VİDEO

Sep 15, 2025 - 23:03
 0  29

Türkiyənin məşhur aktyoru Ozan Akbaba əslən Marneulidən olduğunu açıqlayıb.

Bu barədə o, Tv İmedi-nin "Noe ilə" proqramına müsahibəsində bildirib.

Məşhur aktyor yaxın zamanlarda Gürcüstana səfər edəcəyini də açıqlayıb.

"Mənim atalarım Borçalıdan köç ediblər. Biz Qarapapaq türküyük və Qarapapaqlar Borçalıda yaşayırlar. Mənim orada musiqiçi yoldaşlarım var. Qafqazın tarixini də çox yaxşı bilirəm. Yaxın vaxtlarda Gürcüstana getmək, Tbilisini, Darvazı gəzib görmək istəyirəm. Gürcü musiqilərini də çox dinləyirəm", - deyə Ozan Akbaba müsahibəsində bildirib.

mənbə: Intrepress.ge