Tbilisidə qarşıdurma olub, saxlanılanlar var

Besiki küçəsində səs-küy və qarşıdurma olub.
Hadisə yerinə polis səfərbər edilib.
Bir neçə gəncin İctimai Yayım Şirkətinin keçmiş binasından yürüş iştirakçılarını qovmasından sonra Rustaveli prospekti yaxınlığında vəziyyət gərginləşib. Onlar yürüş iştirakçılarına təhqiramiz sözlərlə müraciət ediblər.
Şifahi mübahisədən sonra şəxslər Besiki küçəsinə keçib və orada etirazçılar onları təqib ediblər.
Polis vəziyyəti aradan qaldırmazdan əvvəl etirazçılar deyib ki, gənclərdən biri odlu silah çıxarıb.
Hadisə yerində polis bir neçə şəxsi saxlayıb.
mənbə: Intrepress.ge