DİN: Ailə üzvünü intihar həddinə çatdıran və təcavüz edən şəxs yaxalanıb
Gürcüstan Daxili İşlər Nazirliyi ailə üzvünə qarşı təcavüz, zorakılıq və qeyri-insani rəftar törətməkdə ittiham olunan 19 yaşlı gənci saxlayıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Q.Ş.-yə qarşı sistematik olaraq fiziki zorakılıq tətbiq edib, onu öldürməklə hədələyib və cinsi istismara məruz qoyub.
Məruz qaldığı ağır fiziki və psixoloji təzyiqlər nəticəsində zərərçəkmiş şəxs intihara cəhd edib.
Hüquq-mühafizə organlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində S.J. şübhəli şəxs qismində yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi (ailə üzvünə təcavüz, işgəncə, hədə-qorxu və zorakılıq) ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxsi 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.