Türkiyədə 21 yaşlı qızın bədənindən 287 daş çıxarıldı

Sep 22, 2025 - 11:57
 0  10
Türkiyədə 21 yaşlı qızın bədənindən 287 daş çıxarıldı

Xeber.ge xəbər verir ki, Türkiyənin Karabük vilayətində 21 yaşlı Fatma Nur Öztürkün bədənindən əməliyyatla 287 daş çıxarılıb.

Bildirilir ki, anadangəlmə uroloji xəstəliklə dünyaya gələn qız şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya gedib və edilən əməliyyatla bədənindən 287 daş çıxarılıb.

Qeyd edilir ki, çıxarılan daşlardan ən böyüyünün ölçüsü 2.5 santimetr olub.

Həkimlər bu halın çox nadir qeydə alındığını bildiriblər.

mənbə: oxu.az