ABŞ-dan İsrailə xəbərdarlıq: Müharibəni dayandırmasan...

ABŞ İsrailə xəbərdarlıq edib ki, əgər ölkə Qəzza zolağındakı müharibəni dayandırmasa, hərbi və iqtisadi yardımdan məhrum edilə bilər.
Xeber.ge xəbər verir ki,
"Trampın adamları İsrailə söyləyir: “Əgər bu müharibəni dayandırmasanız, sizi tək qoyacağıq”. Siyasi baxımdan, əvvəlki illərdə olduğu kimi, Netanyahunun (İsrailin Baş naziri – red.) bunu etmək imkanı var, çünki Knessetdə və İsrail daxilində əksəriyyətə sahibdir. Amma onun siyasi iradəsi yoxdur.
İsrail on minlərlə ehtiyat hərbçini səfərbər edir, Qəzzaya bombardmanları gücləndirir və müharibədə yeni geridönməz nöqtəyə yaxınlaşır. Eyni zamanda, Tramp administrasiyasının İsrailə təzyiqləri son günlər daha da artıb", - nəşrin müsahibi qeyd edib.
mənbə: axar.az