Tiflisdən AB-yə xəbərdarlıq: Vizasız rejim ləğv edilsə...

Nov 27, 2025 - 11:38
 0  13
Tiflisdən AB-yə xəbərdarlıq: Vizasız rejim ləğv edilsə...

Avropa Birliyi (AB) Gürcüstan vətəndaşları üçün vizasız səyahəti ləğv etmək qərarına gələrsə, strateji səhvə yol verəcək.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

"Gürcüstan vətəndaşlarının AB daxilində heç bir maneə olmadan səyahət edə bilməsi üçün vizasız səyahətlə bağlı zəruri tələbləri yerinə yetirib. Deyərdim ki, əgər bu qərar (vizasız səyahəti ləğv etmək- red.) AB tərəfindən verilərsə, bu, böyük strateji səhv olar", - Boçorişvili bildirib.

mənbə: axar