Telavida qanlı qarşıdurmaya görə üç nəfər saxlanılıb
Polis Telavida baş vermiş qanlı qarşıdurma faktı üzrə üç nəfəri saxlayıb .
XEBER.GE xeber verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilənlər aralarında yaranmış mübahisə zəminində azyaşlıya və onun ailə üzvünə fiziki zorakılıq göstəriblər, onlardan biri isə soyuq silahdan istifadə edərək azyaşlıya xəsarət yetirib.
Zərərçəkən gəncə müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb.
İstintaq Cinayət Məcəlləsinin 118-ci və 126-cı maddələri ilə aparılır ki, bu da 4 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.