Telavidə pitbul öz sahibinə hücum etdi
Telavidə pitbul cinsi it sahibinə hücum edərək ağır xəsarətlər yetirib. "Interpressnews"un məlumatına görə, 50 yaşa yaxın qadına öz iti hücum edib və ona çoxsaylı xəsarətlər yetirib, xilas olmaq üçün isə itin zərərsizləşdirilməsi (məhv edilməsi) məcburiyyəti yaranıb.
XEBER.GE xeber verir ki,
cümlədən göz ətrafından ağır xəsarətlər alıb.
Dişlənmiş qadın xəstəxanaya yerləşdirilib, burada gözündən əməliyyat olunub və vəziyyəti stabildir.
Şahidlərin sözlərinə görə, it o qədər təcavüzkar olub ki, hadisə yerinə polis də çağırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 124-cü maddəsi (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) ilə istintaq başlanıb.