Tbilisinin mərkəzində məktəblilər arasında dava
Tbilisidə qızlar arasında düşən əlbəyaxa dava qanla nəticələnib. Hadisə paytaxtın "Marcanişvili" metrostansiyasının qarşısında baş verib.
Xeber.ge
Şahidlərin sözlərinə görə, xəsarət yetirən şəxs dərhal hadisə yerindən qaçaraq gizlənib. Yaralı məktəbli təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarətindədir.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə araşdırma başladılıb. Polis küt alətlə həmyaşıdına hücum edən yeniyetmənin şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.