Tbilisidə yaşayış evində yanğın baş verib
 
                    Tbilisinin Milorava küçəsində yerləşən, “italyan tipli” adlandırılan yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Məlumata görə, yanğın artıq tamamilə söndürülüb.
Qurum bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            