Tbilisidə traktor avtomobillərə və piyadaya çırpılıb

Tbilisidə, Bejan Kalandadze döngəsində traktor nəzarətdən çıxaraq üç avtomobilə və bir piyadaya çırpılıb.
Hadisə barədə məlumatı və fotonu “Chemi Kalaki Mklavs” platforması yayıb.
Qeyd edək ki, bu ərazidə 2023-cü ilin noyabrında oxşar hadisə baş verib – həmin vaxt yük maşını yolun aşağı hissəsinə doğru sürüşərək bir vətəndaşa çırpılmış və onun ölümünə səbəb olmuşdu.
Hadisənin səbəbləri araşdırılır.
mənbə: interpress