Tbilisidə körpü sökülür: Hərəkət 5 ay müddətinə tam məhdudlaşdırılacaq

Apr 11, 2026 - 11:38
 0  57
Tbilisidə körpü sökülür: Hərəkət 5 ay müddətinə tam məhdudlaşdırılacaq

Tbilisi Meriyası paytaxtın nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində Tetri Dukani küçəsində yerləşən və qəzalı vəziyyətdə olan körpünün sökülərək yenidən tikiləcəyini elan edib.

Xeber.ge xeber  verir ki, Diqmura çayı üzərindəki avtomobil körpüsünün yenidən qurulması ilə əlaqədar 15 aprel saat 00:00-dan etibarən ərazidə hərəkət tam dayandırılacaq. Təmir-tikinti işlərinin 5 ay davam edəcəyi gözlənilir.

  Məhdudiyyətlərlə əlaqədar sürücülər üçün alternativ marşrutlar müəyyən edilib:

·         Tetri Dukani və Saracişvili küçələri istiqamətində hərəkət edən avtomobillər Marşal Qelovani prospektindən Vaso Qociaşvili küçəsi vasitəsilə keçid edə bilərlər.

·         Petre Saracişvili küçəsi müvəqqəti olaraq tam ikitərəfli hərəkət rejiminə keçiriləcək.

·         Vaşlicvari qəsəbəsi istiqamətində hərəkət Marşal Qelovani prospekti üzərindən təmin olunacaq.

  Körpünün bağlanması N430 nömrəli mikroavtobusun marşrutuna da təsir edəcək. Sözügedən marşrut David Aqmaşenebeli küçəsindən Petre Saracişvili küçəsinə Vaşlicvari döngəsi və Marşal Qelovani prospekti vasitəsilə qoşulacaq.

Tbilisi Meriyası aparılan işlərlə əlaqədar yaranacaq narahatlığa görə paytaxt sakinləri və qonaqlarından üzr istəyib.