Tbilisidəki küçə müharibələrinin arxasında Brüssel dayanır
Xeber.ge xəbər verir ki,
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Macarıstanın Baş naziri Viktor Orbanın Brüsselin hərbi planlarına qarşı imza toplamağa başlaması barədə bəyanatına cavab olaraq bildirib ki, Tbilisidəki küçə müharibələrinin arxasında Brüssel dayanır və Avropa İttifaqının "sülh layihəsi" çoxdan hərbi layihəyə çevrilib.
Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkələrdə yazıb ki, bir neçə həftə əvvəl Kopenhagendə Brüsselin müharibə planı təqdim edilib.
Bu plana görə, Avropa pul ödəyir, Ukrayna döyüşür, Rusiya isə gec-tez yorulacaq. Lakin, Orbanın sözlərinə görə, heç kim bunun Avropaya nə qədər başa gələcəyini və prosesin nə qədər davam edəcəyini demir.
Onun sözlərinə görə, Macarıstan bu ssenaridə iştirak etmək istəmir.