Tbilisidə yaşayış binasında partlayış
Tbilisidə, Xomleli küçəsində yerləşən yaşayış binasında evakuasiya elan olunub.
XEBER.GE xeber verir ki, hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları səfərbər edilib.
İlkin ehtimallara görə, yaşayış binasının dördüncü mərtəbəsində partlayış baş verib.
Fövqəladə Halların İdarə Olunması Xidməti hadisə ilə bağlı təfərrüatları dəqiqləşdirir, ərazidə xilasedicilər və həkimlər işləyir.