Tbilisidə tikintidə 25 yaşlı kişi həyatını itirib

Dec 22, 2025 - 11:47
 0  21
Tbilisidə tikintidə 25 yaşlı kişi həyatını itirib

Tbilisidə, Diğomidə yaşayış binalarının tikintisində 25 yaşlı fəhlə həyatını itirib.

Xeber.ge xəbər verir ki, ilkin məlumata görə, gənc kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə gecə saatlarında baş verib. Hadisə yerində ekspert-kriminalistlər bir neçə saat ərzində işləyiblər.

Mərhumun cəsədi ekspertizaya göndərilib.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 240-cı maddəsi (təhlükəsizlik qaydalarının pozulması) üzrə aparılır.