Tbilisidə sanitar normaları pozan restoranlar bağlandı
Gürcüstan Milli Qida Agentliyi paytaxt Tbilisidə həyata keçirdiyi monitorinqlər zamanı ciddi qanun pozuntuları aşkar edib. Agentliyin məlumatına görə, 20-yə yaxın obyektdə aparılan yoxlamalar nəticəsində onlardan 9-da kritik uyğunsuzluqlar müəyyən olunub.
Xeber.ge xəbər verir ki,
Fəaliyyəti dayandırılan obyektlərin siyahısı:
1. "Kosmo Ink" MMC ("Fire wok" brendi) – Dadiani küç. 20;
2. Fərdi sahibkar H.S. – Giuli Çoxonelidze küç. 16;
3. "Miao Cia" MMC – Tabukaşvili küç. 6;
4. "Yomi 1977" MMC – Qamrekeli küç. 3;
5. Fərdi sahibkar D.K. ("Evil wok" brendi) – Diğomi massivi, 3-cü kvartal;
6. "RNA Enterprayzis" MMC – Ş. Nutsubidze küç. 2;
7. "Al Madina Keiv" MMC – Tetelaşvili küç. 2;
8. "Yoko Azia" MMC (kafe-bar-restoran) – Çavçavadze prospekti 19;
9. "Flem Katerinq Menecment" MMC ("Bambu" Çin restoranı) – Budapeşt küç. 32.
Yoxlamalar zamanı kritik uyğunsuzluqlarla yanaşı, etiketləmə qaydalarının pozulması, qeydiyyatsız fəaliyyət, vaxtı keçmiş məhsulların satışı və izlənilmə qaydalarının pozulması faktları da aşkar edilib. Agentlik bəyan edib ki, dövlət nəzarəti tədbirləri hər gün davam etdirilir və nəticələr barədə ictimaiyyətə müntəzəm məlumat veriləcək.